Çin Xalq Respublikasının Dövlət Şurasının Baş naziri Li Tsian Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni Gürcüstanın Müstəqillik Günü münasibətilə təbrik edir
Çin Xalq Respublikasının Dövlət Şurasının Baş naziri Li Tsian Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni Gürcüstanın Müstəqillik Günü münasibətilə təbrik edir

Çin Xalq Respublikasının Dövlət Şurasının Baş naziri Li Tsian, Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni Gürcüstanın Müstəqillik Günü münasibətilə təbrik edir. Bu barədə məlumatı Gürcüstan hökumətinin administrasiyası yayır.

Təbrik məktubunda Li Tsian iki ölkə arasında strateji tərəfdaşlığın inkişafına diqqət çəkir.

“Sizə və Gürcüstan hökumətinə Gürcüstanın Müstəqillik Günü münasibətilə ürəkdən təbriklərimi çatdırmaq və ən yaxşı arzularımı bildirmək istəyirəm. Son illər ərzində Çin-Gürcüstan strateji tərəfdaşlığı müsbət dinamikasını qoruyub saxlayır, iki tərəfli əməkdaşlıq isə ‘Bir Kəmər, Bir Yol’ təşəbbüsü çərçivəsində səmərəlidir. Mən ortaq səyləri davam etdirməyə hazıram ki, qarşılıqlı faydalı əməkdaşlığın möhkəm irəliləyişini təmin edək və Çin-Gürcüstan münasibətlərini daha da dərinləşdirək. Gürcüstanın rifahını və gürcü xalqına xoşbəxtlik arzulayıram,” – Li Tsianın təbrik məktubunda qeyd olunub.