Çin və ABŞ "TikTok"un satışı məsələsini gələn həftə Madriddə müzakirə edəcəklər
Çin və ABŞ "TikTok"un satışı məsələsini gələn həftə Madriddə müzakirə edəcəklər

Çin və ABŞ gələn həftə Madriddə “TikTok” sosial şəbəkəsinin satışı məsələsini müzakirə edəcəklər. Bu barədə “Reuters” agentliyi məlumat yayır.

ABŞ-ın Maliyyə Nazirliyinin departamentində bildirirlər ki, ByteDance şirkətinin tətbiqi ilə bağlı məsələ gələn həftə Madriddə Çinli yüksək vəzifəli şəxslərlə keçiriləcək görüşün gündəliyində olacaq.

Məlumat üçün bildirək ki, əgər sosial şəbəkə amerikalı şirkətin mülkiyyətinə keçməzsə, ABŞ hakimiyyəti “TikTok”un ölkədə qadağan edilməsini planlaşdırır. Ötən ay “TikTok”da hesab açan ABŞ prezidenti Donald Tramp şirkətə 17 sentyabra qədər möhlət verib.

Çin Ticarət Nazirliyinin bildirdiyinə görə, Çin “TikTok”la bağlı məsələləri qanun və qaydalara uyğun şəkildə nəzərdən keçirəcək və ABŞ-ı bu məsələni dialoq yolu ilə, qarşılıqlı hörmət və bərabərhüquqlu məsləhətləşmələr əsasında həll etməyə çağırır.