Çin və ABŞ müdafiə nazirləri bu il ikinci dəfə üz-üzə görüşüblər
Çin və ABŞ müdafiə nazirləri bu il ikinci dəfə üz-üzə görüşüblər. Lloyd Ostin və Vey Fenqhe arasında görüş Kambocada Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) müdafiə nazirlərinin görüşü çərçivəsində keçirilib.
Bundan əvvəl İndoneziyada G20 zirvə toplantısı çərçivəsində Co Bayden və Si Dzinpin arasında üç saatlıq danışıqlar aparılıb.
Tayvan məsələsi, Çində insan haqlarının vəziyyəti, eləcə də Çinin Cənubi Çin dənizindəki fəaliyyəti Çin və ABŞ arasında münasibətlərin gərginləşməsinin səbəbləri arasındadır.
ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin avqustun əvvəlində Tayvana səfərindən sonra münasibətlər xüsusilə gərginləşib və Çin bunu daxili işlərinə müdaxilə kimi qiymətləndirib.