Çin Ukraynaya sülhməramlıların göndərilməsini planlaşdırdığı iddialarını təkzib edir
Çin hökuməti, müəyyən şərtlər daxilində Ukraynada sülhməramlı kontingentin yerləşdirilməsində iştirak etməyə hazır olması ilə bağlı Almaniya mediasında yayılan məlumatı təkzib edib. Bu barədə Çin Xarici İşlər Nazirliyi bəyanat verib.
“Bu məlumat həqiqətə uyğun deyil. Çinin Ukrayna böhranı ilə bağlı mövqeyi ardıcıl və aydındır”, – Çin Xarici İşlər Nazirliyi bildirib.
Bundan əvvəl Almaniya mediası Avropalı diplomatlara istinadən məlumat yayıb ki, Çin hökumətində Ukrayna ərazisində sülhməramlı kontingentin yerləşdirilməsində iştirak etməyə hazırlıq ifadə olunub. Bununla yanaşı, mənbə bildirirdi ki, Çin bu addımı yalnız missiyaya BMT-nin mandatı veriləcəyi təqdirdə atacaq. Mediyanın məlumatına görə, Rusiya prezidenti Vladimir Putin Alasakada ABŞ lideri Donald Trump ilə görüşdə bildirib ki, Ukraynanın təhlükəsizliyi üzrə zəmanətlərə qarşı deyil və Çini bu zəmanətləri verə bilən dövlətlərdən biri kimi qeyd edib. Ukrayna prezidenti isə bildirib ki, Çini Ukraynanın təhlükəsizlik zəmanətçiləri arasında görmür.