Çin səfiri - Gələcəkdə Gürcüstan-Çin münasibətləri “Orta Dəhliz”, “Kəmər və Yol” təşəbbüsünün əməkdaşlığı ilə təsvir edilir, Gürcüstan regionda yol kəsişməsi mövqeyini möhkəmləndirəcək
Çin səfiri - Gələcəkdə Gürcüstan-Çin münasibətləri “Orta Dəhliz”, “Kəmər və Yol” təşəbbüsünün əməkdaşlığı ilə təsvir edilir, Gürcüstan regionda yol kəsişməsi mövqeyini möhkəmləndirəcək

Gürcüstan və Çin arasında ikitərəfli münasibətlər strateji tərəfdaşlıq qurduğumuz zaman ən yüksək səviyyəyə çatdı və gələcəkdə isə ikitərəfli əlaqələr “Orta Dəhliz”, “Kəmər və Yol” təşəbbüsünün əməkdaşlığı ilə təsvir edilir, Gürcüstan regionda yol kəsişməsi mövqeyini möhkəmləndirəcək, – bu barədə Çinin Gürcüstandakı səfiri Çoi Tsien Gürcüstanın Birinci Kanalına müsahibəsində bildirib.

Çoi Tsien Gürcüstan və Çin arasında mövcud və gələcək münasibətlərlə bağlı sualı cavablandırıb.

“Çin və Gürcüstan arasında strateji tərəfdaşlıq qurduğumuz keçən ildən biz ikitərəfli münasibətlərin tarixin ən yüksək səviyyəsinə, yəni 32 il əvvəl diplomatik əlaqələr qurduğumuz zamana çatdığını görə bilərik. Çin statistikasına əsasən, ötən il ikitərəfli ticarət dövriyyəsi iki milyard dollardan çox olub. Bildiyimiz kimi, yanvardan sentyabr ayına gədər Gürcüstandan Çinə ixrac 122 faizlə artıb. Biz əhəmiyyətli artım görürük. Şərab və ədviyyatlar üçün böyük bir Çin bazarı açıldı. Eyni dövrdə, yanvardan sentyabr ayına gədər Gürcüstana gələn çinli turistlərin sayı 67 mindən çoxdur. Bu rəqəm ildən-ilə 101 faizlə artıb. Bizim sadəcə gözəl siyasi əlaqələrimiz deyil, həmçinin, xalq arası əlaqələrimiz var. Xüsusilə, mayın 28-dən Çinin qitə hissəsi və Gürcüstan arasında vizasız gediş-gəliş başladıldı. Həmçinin, Çinin Honq-Konqla Gürcüstan arasında vizasız gediş-gəliş sentyabr ayından qüvvəyə minib və bu, belə desək, ikitərəfli əməkdaşlığımıza yeni nəfəs verdi. Gələcəkdə ikitərəfli münasibətlər “Orta Dəhliz” və “Kəmər və yol” təşəbbüsünün əməkdaşlığı ilə təsvir edilir. Bu ölçüdə Anaklia limanını nəzərə alsaq, bu əməkdaşlıq üçün böyük bir layihədir. “Gürcüstan həm yol kəsişən regionda, həm də Çin və Avropa arasında mövqelərini möhkəmləndirəcək”, – deyə Çoi Tsien bildirib.