Çin, Rusiya və İran Cənubi Afrika sularında birgə dəniz təlimləri keçirirlər
Çin, Rusiya və İran Cənubi Afrika sularında birgə dəniz təlimləri keçirirlər.
Bu barədə “Reuters” agentliyi yazır.
“BRICS Plus” adlandırılan dəniz təlimləri bu gün başlayıb və bir həftə ərzində davam edəcək.
“Reuters” agentliyi xəbər verir ki, təlimlərdə Misir, Səudiyyə Ərəbistanı, Efiopiya və Birləşmiş Ərəb Əmirlikləri də iştirak edir.
Çin hərbi nümayəndələrinin məlumatına görə, təlimlərdə Braziliya, Misir və Efiopiya müşahidəçi statusunda iştirak edirlər.
Cənubi Afrikanın silahlı qüvvələrinin bildirdiyinə görə, təlimlərin məqsədi “dəniz naviqasiyası və dəniz iqtisadi fəaliyyəti sahəsində təhlükəsizliyin təmin edilməsidir”.