Çin mediası – Donald Tramp apreldə Çinə səfər edə bilər
ABŞ prezidenti Donald Tramp apreldə Çin prezidenti Si Dzinpinlə görüşə bilər, – bu barədə “South China Morning Post” yazır.
“Hər iki prezident qarşı tərəfin səfəri diplomatik qələbə kimi təqdim etməyi istəyir, lakin mənbələrin dediyinə görə, ilkin müzakirələr Trampın Çinə səfəri ətrafında gedirdi. “Potensial səfərlə bağlı müzakirələrin nə qədər irəlilədiyi hələ də bəlli deyil, – Məqalədə deyilib.
Bununla yanaşı, nəşr yazır ki, Tramp diqqətini Pekinlə razılığa gəlməyə cəmləyib.
Xatırladaq ki, Tramp fevral ayında müdafiə xərclərinin azaldılması məsələsini müzakirə etmək üçün Çin prezidenti Si Dzinpin və Rusiya lideri Vladimir Putinlə görüşmək istədiyini bildirmişdi.