Çin dünya ölkələrini koronavirusla bağlı səbəblərə görə Çin vətəndaşlarının səyahətini məhdudlaşdırmamağa çağırır

14:42, 03.01.2023

 

Çin dünya ölkələrini “Covid-19” səbəbilə Çin vətəndaşlarının səyahətini məhdudlaşdırmamağa çağırır.

Çin Xarici İşlər Nazirliyi bəzi ölkələrin yalnız Çinə qarşı tətbiq etdiyi giriş məhdudiyyətlərinin heç bir elmi əsasının olmadığını və bəzi həddini aşmış təcrübələrin qəbuledilməz olduğunu bildirib.

“Biz epidemiyanın qarşısının alınması və nəzarət tədbirlərini siyasi məqsədlər üçün manipulyasiya etmək cəhdlərinə qəti şəkildə qarşıyıq. Qarşılıqlılıq prinsipinə uyğun olaraq müxtəlif situasiyalarda müvafiq tədbirlər görəcəyik” – deyə məlumatda vurğulanıb.

ABŞ, Fransa və digər ölkələr Çindən gələn səyahətçilər üçün Covid testləri tələb edəcəklər.

Oxşar