Çin ABŞ-ı Kubaya qarşı blokada və sanksiyaları dayandırmağa çağırır

17:30, 12.01.2026
Cuban and China flags wave at the Jose Marti monument during a ceremony for China's President Hu Jintao, unseen, in Havana, Tuesday, Nov. 18, 2008. Jintao is on a two-day official visit to Cuba.(AP Photo/Javier Galeano)

Çin ABŞ-ı bölgədə sülh və sabitliyin təşviqi üçün konkret tədbirlər görməyə çağırır.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninqin bildirdiyinə görə, Çin Kubanın milli suverenliyini dəstəkləyir və xarici müdaxiləyə qarşıdır.

“Çin Kubanın suverenliyini və təhlükəsizliyini qorumaqda qəti şəkildə dəstəkləyir, xarici müdaxiləyə qarşıdır və bir daha ABŞ-ı Kubaya qarşı blokadanı və sanksiyaları dərhal ləğv etməyə çağırır. O, həmçinin ABŞ-ı bölgədə sülh və sabitliyin təşviqi üçün daha çox iş görməyə çağırır”, – Mao Ninq bildirib.

Məlumat üçün bildirək ki, Donald Tramp Kubanı “çox gec olmamışdan əvvəl” Vaşinqtonla razılığa gəlməyə çağırıb.

Oxşar