Cim Riş - Amerika Birləşmiş Ştatlarının Gürcüstanda insan haqlarını pozanları məsuliyyətə cəlb etdiyinə şadam
Amerikalı senator, Xarici Əlaqələr Komitəsinin üzvü Cim Riş ABŞ-nin Maliyyə Departamenti tərəfindən Zviad Xarazişvili, Mileri Laqazauri, Konstantine Morqoşia və Zurab Maxaradzeyə qarşı sanksiyaların tətbiq edilməsinə münasibət bildirir.
“Amerika Birləşmiş Ştatlarının Gürcüstanda insan haqlarını pozanları məsuliyyətə cəlb etdiyinə şadam. Gürcüstan vətəndaşlarının qorxu və zorakılıq olmadan söz və toplaşmaq hüququndan istifadə etmək imkanı olmalıdır” – Cim Riş yazır.