Çilidə güclü zəlzələdən sonra sunami təhlükəsi elan edilib

18:31, 02.05.2025

Çilinin cənubunda zəlzələdən sonra sunami təhlükəsi elan edilib.

Hakimiyyətin bildirdiyinə görə, əhalinin təxliyəsi ölkənin cənub bölgəsindəki sahilyanı ərazilərdən həyata keçirilməlidir.

Çili və Argentina sahili yaxınlığında, Çilinin Puerto Uilyams şəhəri yaxınlığındakı Dreyk keçidində 7,5 bal gücündə zəlzələ baş verib.

Sosial şəbəkələrdə zəlzələdən sonra təxliyə zamanı binaları tərk edən vətəndaşların foto və videoları yayılır.

Oxşar