Cil Baydenin koronavirusa yoluxması təsdiqlənib

19:44, 16.08.2022

 

ABŞ-ın birinci xanımı Cil Baydenin koronavirusa yoluxması təsdiqlənib.

Bazar ertəsi aparılmış rutin testin cavabı negativ olub, lakin həmin axşam birinci xanımda soyuqdəyməyə bənzər simptomlar müşahidə olunub və bundan sonra əvvəlcə sürətli test, sonra isə PCR testi aparılıb. PCR testi orqanizmdə “Covid-19” virusunun olduğunu təsdiqləyib.

Cil Bayden iki dəfə peyvənd olunub və iki dəfə gücləndirici dozanı qəbul edib. O, hazırda özünü yaxşı hiss edir.

Oxşar