Çiaturada mədənçilərin etiraz aksiyası davam edir. Müxtəlif şəhərlərdən və munisipalitetlərdən olan vətəndaşlar həmrəyliyin əlaməti olaraq bu gün mədənçilərin bir hissəsinə qoşulub.
Aksiya iştirakçılarının bildirdiyi kimi, onlar hələ də layiqli iş şəraitiləri, hakimiyyətin yüksək vəzifəli şəxsləri ilə görüşlər, onlara məxsus əməkhaqqının ödənilməsi və saxlanılan dörd mədənçinin azadlığa buraxılmasını tələb edirlər.
Onların dediyinə görə, Çiatura kariera deyil, hakimiyyətin diqqət yetirməli olduğu şəhərdir.
Etirazın 71-ci günündə beş etirazçı aclıq aksiyası keçirir. Aksiya Çiatura Mədəniyyət Evinin yaxınlığında keçirilir.
Etiraz aksiyasının iştirakçıları saxlanılan mədənçilərin azad edilməsi tələbi ilə imza toplayırlar.