Çiaturada bir aylıq etiraz aksiyası – “Georgian manganese”də işləyən mədənçilər yenidən meriya qarşısında toplaşıblar. Onların bildirdiyinə görə, şirkət açıq mədən yolu ilə daha çox mədən çıxarmaq üçün süni şəkildə böhran yaradıb və bunun hesabına işçilərin bir hissəsini işdən azad etsin. Tələblər arasında üç aylıq maaşların ödənilməsi və “Georgian manganese”nin yeni şirkətlə dəyişdirilməsi də var. Mədənçilər bildirirlər ki, özlərini həm dövlət, həm də həmkarlar ittifaqı tərəfindən tərk edilmiş hiss edirlər.
Aksiyanı Qeno Osiğmaşvili işıqlandırır və birbaşa efirdə detallar barədə danışmağa davam edir.