Çiatura-Zestaponi hissəsində avtonəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib
Çiatura-Zestaponi hissəsində avtonəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib

Daxili dövlət əhəmiyyətli Qomi-Saçxere-Çiatura-Zestaponi avtomobil yolunun 1km-106km olan hissəsində qoşqulu və yarımqoşqulu avto nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Bu barədə İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatında deyilib.

Qurumun məlumatına görə, məhdudiyyətə səbəb çətin meteoroloji şəraitlər (intensiv qar, qar fırtınası) olub.

Həmin avtomobil yolunun 67km – 106km-də (Çiatura-Zestaponi) yalnız yolsuzluq (iki və ya daha çox körpülü) avtonəqliyyatın hərəkətinə icazə verilir, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.