Ceyms Kleverli - Rusiya ilə istənilən sülh danışıqları Rusiya Federasiyasının yenidən silahlanması üçün "əncir yarpağı" olmamalıdır
Ceyms Kleverli - Rusiya ilə istənilən sülh danışıqları Rusiya Federasiyasının yenidən silahlanması üçün "əncir yarpağı" olmamalıdır

 
Rusiya ilə istənilən sülh danışıqları Rusiya Federasiyasının yenidən silahlanması üçün “əncir yarpağı” olmamalıdır-bu barədə Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli “Sky News”a müsahibəsində açıqlayıb.

Böyük Britaniya XİN rəhbəri bildirib ki, London sülh danışıqlarına “gec olmaqdansa tez başlanılmasına” üstünlük verir, lakin belə danışıqların parametrlərini Ukraynanın özü müəyyən etməlidir.

“İstənilən danışıqlar real, mənalı olmalıdır, onlar Rusiyanın yenidən silahlanması və daha sonra , istər Vaqner qrupundan, istərsə də məhbusların həbsdən çıxarılması kimi əsgərlərin toplanılması üçün “əncir yarpağı” ola bilməz. İndi Rusiyadan heç nə gəlmir, bu da məni Vladimir Putinin bu danışıqlara vicdanla daxil olduğuna inandıracaq. Ritorika hələ də qarşıdurma xarakteri daşıyır” -deyə Ceyms Kleverli açıqlayıb.