Ceyk Sallivan – ABŞ Rusiyanın Ukraynaya raket hücumlarını kəskin şəkildə pisləyir

22:39, 15.11.2022

 

ABŞ Rusiyanın Ukraynaya raket hücumlarını kəskin şəkildə pisləyir-bu barədə Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan açıqlama verib.

“Dünya liderləri dünyada əhalinin həyatı və yaşayış mənbələri baxımından vacib olan məsələləri müzakirə etmək üçün G20 zirvə toplantısına toplaşarkən, Rusiya yenidən onların həyatına təhlükə yaradır və Ukraynanın kritik infrastrukturunu məhv edir”–deyə Ceyk Sallivan bildirib.

Rusiya bu gün Ukraynaya kütləvi raket hücumu həyata keçirib. Əsas hədəf enerji infrastrukturu olub.

Oxşar