Cey Di Vens - Ukraynada müharibənin başa çatması üçün Tramp və Putin arasında dialoq vacibdir, əgər sülhün bərqərar olmasını istəyirsinizsə, güclü olmalı, güclü olmalı, aqressiv və aktiv diplomatiyaya qoşulmalısınız
Ukraynada müharibənin başa çatması üçün ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında dialoq vacibdir. Bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens “Fox News”a müsahibəsində bildirib.
Vens qeyd edib ki, o, Trampın Putinlə söhbəti ilə bağlı bir çox insandan tənqidlər eşidib.
“Vladimir Putinin Ukraynanı işğal etmək qərarı ilə razılaşmaq lazım deyil, amma sülh yaratmaq istəyirsənsə, güclü olmalısınız. Xalqla danışmalısınız. Aqressiv və aktiv diplomatiyaya qoşulmalısınız”, – Vens bildirib.
Onun dediyinə görə, ABŞ prezidenti Donald Trampın doktrinası sülhə nail olmaq ilə yanaşı, güclü hərbi qüvvənin qorunub saxlanmasına əsaslanır.
“Onun doktrinası dünyada ən güclü orduya sahib olmaq, sülhə fokuslanmaq və Vaşinqtonda jurnalistlərə kiminlə diplomatiya aparıla biləcəyi barədə danışmağa icazə verməməkdir”, – ABŞ-ın vitse-prezidenti qeyd edib.