Cey Di Vens oktyabrın 20-də İsrailə səfər edəcək
MILWAUKEE, WISCONSIN - JULY 17: Republican vice presidential candidate, U.S. Sen. J.D. Vance (R-OH) speaks on stage on the third day of the Republican National Convention at the Fiserv Forum on July 17, 2024 in Milwaukee, Wisconsin. Delegates, politicians, and the Republican faithful are in Milwaukee for the annual convention, concluding with former President Donald Trump accepting his party's presidential nomination. The RNC takes place from July 15-18. (Photo by Chip Somodevilla/Getty Images)
ABŞ-ın vitse-prezidenti Cey Di Vens 20 oktyabrda İsrailə səfər edəcək. Bu barədə məlumatı İsrail mediası yayıb.
Medianın yazdığına görə, səfər zamanı liderlərlə görüşlərdə Cey Di Vens Qəzzada öldürülən girovların geri qaytarılması və müharibənin başa çatdırılması ilə bağlı razılaşmalar istiqamətində əldə olunan irəliləyişi müzakirə edəcək.
Cey Di Vens ABŞ prezidenti Donald Trampın sülh planının ikinci mərhələsinə keçidi də müzakirə edəcək.
Mediaya əsasən, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof da bazar ertəsi İsrailə növbəti səfərini edəcək.