Cey Di Vens İslamabadda Pakistanın Baş naziri Şehbaz Şərif ilə görüşüb
ABŞ-ın vitse-prezidenti Cey Di Vens İslamabadda Pakistanın Baş naziri Şehbaz Şərif ilə görüşüb.
Görüşdə Cey Di Venslə birlikdə ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner də iştirak ediblər.
Pakistanın Baş naziri danışıqların regionda davamlı sülhə doğru bir addım olacağına ümid etdiyini bildirib.
Bundan əvvəl Şehbaz Şərif İran nümayəndə heyəti ilə də görüşüb.
Məlumat üçün bildirək ki, bu gün Pakistanda ABŞ və İran nümayəndə heyətləri arasında danışıqlar keçiriləcək.