Cey Di Vens – İranda atəşkəs sazişinin icrası ilə bağlı fikir ayrılığı varsa, zəng edə bilərlər, amma zorakılığa zorakılıqla cavab verəcəyik

13:18, 27.06.2026

ABŞ-ın vitse-prezidenti Cey Di Vens bildirib ki, ABŞ İrandan gələn hər hansı bir zorakılığa zorakılıqla cavab verəcək.

“İran atəşkəs müqaviləsi imzalayıb. Biz onu həyata keçirirdik. Əgər onların müqavilənin həyata keçirilməsi ilə bağlı fikir ayrılığı varsa, sadəcə zəng edə bilərlər, amma biz zorakılığa zorakılıqla cavab verəcəyik”, – Vens sosial şəbəkədə yazır.

Məlumat üçün bildirək ki, Hörmüz boğazında yük gəmisinə İranın pilotsuz uçuş aparatı ilə həyata keçirdiyi hücuma cavab olaraq, Amerika Birləşmiş Ştatları İranın hədəflərinə zərbələr endirib. İyunun 17-də ABŞ və İran müharibənin dayandırılması və Hörmüz boğazının açılması haqqında memorandumu distant şəkildə imzalayıblar. Bu sənəd 60 gün ərzində yekun razılaşmanın təfərrüatlarının hazırlanması üçün əsas təşkil edir.

Oxşar