Cey Di Vens - Dəqiq nə dərəcədə ağır olduğunu bilmirik, amma Müctəba Xamenei yaralanıb
ABŞ vitse-prezidenti İranın yeni ruhani liderinin hücumlar nəticəsində yaralandığını bildirir. Cey Di Vens Şimali Karolinada jurnalistlərə söhbətində bildirib.
Vensin dediyinə görə, Müctəba Xamenei yaralansa da, bunun ABŞ-ın məsuliyyəti olub-olmadığı məlum deyil.
“Əslində. Bu heç də aydın deyil. Yəni, orada vəziyyət açıq-aydın çox xaotikdir”, – Vens qeyd edib.
Onun dediyinə görə, ABŞ və İsrailin eyni anda birdən çox hədəfə zərbə endirirlər.
“Biz onun yaralandığını bilirik. Nə qədər ağır olduğunu dəqiq bilmirik, amma o yaralanıb”, – o deyib.