Cey Di Vens - Bütün səylərimizə baxmayaraq, Rusiya və Ukrayna sülh sazişinə hazır deyil
Cey Di Vens - Bütün səylərimizə baxmayaraq, Rusiya və Ukrayna sülh sazişinə hazır deyil

ABŞ-ın vitse-prezidenti Cey Di Vens bildirir ki, Rusiya və Ukrayna sülh sazişi üçün hazır deyillər.

Bu barədə Cey Di Vens “Newsmax”a müsahibəsində bildirib.

Vensin söylədiyinə görə, aylarla davam edən danışıqlara baxmayaraq, tərəflərdən heç biri sülh razılaşmasına nail olmaq istəmir.

“ABŞ prezidentinin fəal diplomatiyası xalqı bir məxrəcə gətirə bildiyi qədər, sonda, razılığa gəlmək üçün iki tərəf lazımdır. Bütün səylərimizə baxmayaraq – və biz bunun üzərində işləməyə davam edəcəyik – ruslar və ukraynalılar razılığa gələ biləcəkləri mərhələdə deyillər”, – Cey Di Vens bildirib.

Onun sözlərinə görə, razılığa gəlmək mümkündür, amma bunun üçün daha çox iş lazım olacaq.

“Məncə, gözləntilərin əsaslı uyğunsuzluğu var, çünki ruslar döyüş meydanında əslində olduğundan daha güclü olduqlarını düşünürlər”, – ABŞ-ın vitse-prezidenti bildirib.

Cey D Vensin dediyinə görə, müəyyən irəliləyiş əldə olunmasına baxmayaraq, məhz bu amil danışıqlar prosesini çətinləşdirir. Onun dediyinə görə, bu irəliləyiş Donald Trampın xarici siyasətinin nəticəsidir və əvvəlki administrasiyadan fərqlənir.