Cənubi Koreyada meşə yanğını nəticəsində azı 18 nəfər həlak olub, 19 nəfər isə yaralanıb
Cənubi Koreyada meşə yanğını nəticəsində azı 18 nəfər həlak olub, 19 nəfər isə yaralanıb, – bu barədə “BBC” yazır.
Cənubi Koreyanın müxtəlif bölgələrindən 23 mindən çox insan təxliyə edilib. Hazırda 17 min hektar ərazi artıq yanıb.
Minlərlə yanğınsöndürən və təxminən 5000 hərbi qulluqçu yanğının söndürülməsində işləyir.
Cənubi Koreyanın prezidenti səlahiyyətlərini icra edən Han Dok Su meşə yanğınlarının ölkə tarixində ən dəhşətli hadisə olduğunu bildirib.
Onun dediyinə görə, hökumət bütün mümkün resurslardan və texnikadan istifadə edib, lakin güclü külək söndürmə işlərinə mane olur.