Cənubi Afrika, Mozambik və Zimbabvedə güclü yağışlar və daşqınlar nəticəsində 100-dən çox insan həlak olub
Cənubi Afrika, Mozambik və Zimbabvedə güclü yağışlar və daşqınlar nəticəsində 100-dən çox insan həlak olub

Cənubi Afrika, Mozambik və Zimbabvedə güclü yağışlar və daşqınlar nəticəsində 100-dən çox insan həlak olub.

Bununla yanaşı, meteoroloqların proqnozuna əsasən fəlakətin növbəti günlərdə Afrika qitəsinin cənub hissəsində daha da şiddətlənəcəyi gözlənilir.

Ümumdünya Ərzaq Proqramının məlumatına görə, Mozambikin mərkəzi və cənubunda 200 mindən çox insan zərər çəkib, minlərlə ev zədələnib və on minlərlə insanın təxliyəsi lazımdır.

Zimbabvenin rəsmi şəxslərinin bildirdiyinə görə, cari il ölkədə daşqınlar nəticəsində ən azı 70 nəfər həlak olub, 1000-dən çox ev isə dağılıb.

Ötən ay şiddətli yağışlar başlayandan bəri Cənubi Afrika Respublikasının iki şimal əyalətində – Limpopo və Mpumalanqada ən azı 19 nəfər həlak olub.

Medianın məlumatına görə, daşqınlar həmçinin ada dövləti Madagaskar, Malavi və Zambiyanı da əhatə edib. Madaqaskar hakimiyyətinin məlumatına görə, noyabr ayının sonundan etibarən daşqınlar nəticəsində 11 nəfər həlak olub.