Cənub-Şərqi Asiyada “Kalmaeq” qasırğası nəticəsində həlak olanların sayı 200-ə yüksəlib, onlarla insan itkin düşmüş hesab olunur
Cənub-Şərqi Asiyada “Kalmaeq” qasırğası nəticəsində həlak olanların sayı 200-ə yüksəlib.
“Reuters”in məlumatına görə, Filippinlərdə təbii fəlakət nəticəsində ölənlərin sayı 190-ı keçib, bundan sonra “Kalmaeq” Vyetnamı vurub, ən azı beş nəfər həlak olub.
Bununla yanaşı, onlarla insan itkin düşmüş hesab olunur. Filippinlərin Fəlakətlərin İdarə olunması Agentliyinin məlumatına görə, təbii fəlakət ən çox Sebu vilayətinə zərər vurub, burada yüzlərlə ev dağıntılara çevrilib. Qasırğa səbəbindən 500 minə qədər insan yaşadığı yeri tərk edərək sığınacaqlara köçməli olub.
Vyetnamda güclü külək və yağış torpaq sürüşməsinə səbəb olub, 2800-dən çox evə və yol infrastrukturuna ziyan dəyib. Hazırda 1,3 milyondan çox insana elektrik enerjisi verilmir.