Cənub-Şərqi Asiya bölgəsində daşqın nəticəsində həlak olanların sayı 129-a çatıb
Cənub-Şərqi Asiyada daşqın nəticəsində həlak olanların sayı 129-a çatıb, – bu barədə “Reuters” yazır.
İndoneziyada, Malayziya və Taylandda vətəndaşları xilas etmək, elektrik enerjisi və kommunikasiya sistemlərini bərpa etmək üçün işlər davam edir.
Cənub-Şərqi Asiyanın bu üç ölkəsində artıq bir həftədir ki, siklon nəticəsində güclü yağış var, bu da daşqınlara və sürüşməyə səbəb olub.
İndoneziyada, Sumatra adasında, ən çox zərər çəkən bölgədə ən azı 72 insan həyatını itirib. Adanın bəzi əraziləri ilə əlaqə hələ də bərpa olunmayıb.
Tailand hakimiyyətinin məlumatına görə, Sonqklada daşqın nəticəsində ən azı 55 nəfər həlak olub.
Malayziyada ən azı iki nəfər həlak olub, 30 min nəfər təxliyə edilib.