Çexiyanın Baş naziri 15 yaşadək uşaqlar üçün sosial mediadan istifadənin qadağan edilməsini dəstəkləyir
Çexiyanın Baş naziri 15 yaşadək uşaqlar üçün sosial mediadan istifadənin qadağan edilməsini dəstəkləyir

Çexiyanın Baş naziri 15 yaşadək uşaqlar üçün sosial mediadan istifadənin qadağan edilməsini dəstəkləyir.

Babişin sözlərinə görə, bəzi ekspertlər sosial medianın uşaqlar üçün zərərli olduğunu iddia edirlər.

“Mən bunu dəstəkləyirəm, çünki ekspertlər bunun çox zərərli olduğunu və uşaqlarımıza qayğı göstərməli olduğumuzu deyirlər”, – Andrey Babiş bildirib.

Bir neçə ölkə oxşar qadağanı nəzərdən keçirir. Xüsusilə, İspaniya 16 yaşadək yeniyetmələr üçün sosial mediadan istifadənin qadağan edilməsini planlaşdırır. Yunanıstanda da 15 yaşadək yeniyetmələr üçün sosial medianın qadağan edilməsi nəzərdə tutulur.

Böyük Britaniya və Fransada da sosial media ilə bağlı daha sərt siyasətin hazırlanması planlaşdırılır. Oxşar tədbirlər Danimarkada da müzakirə olunur.

Məlumat üçün bildirək ki, 2025-ci ilin dekabr ayında Avstraliya dünyada 16 yaşadək yeniyetmələr üçün sosial platformalara girişi qadağan edən ilk ölkə oldu.