Çexiyada tramvay və trolleybusun toqquşması nəticəsində 40 nəfər xəsarət aldı

22:20, 01.04.2019

Çexiyada, Brno şəhərində tramvay və trolleybus bir-birilə toqquşdu.

Yerli medianın məlumatına görə, insident nəticəsində 40 nəfər xəsarət aldı.

Onlardan beşinin durumu çox ağırdır.

Qəza iki küçənin kəsişməsində baş verdi.

İnsident yerində polis fövqəladə rejimdə işləyir. Qəzanın səbəbi hələlik məlum deyil.

 

Oxşar