Çexiyada, hərbi obyektlərin yaxınlığında naməlum pilotsuz uçuş aparatları aşkar edilib
Çexiyada hərbi obyektlərin yaxınlığında naməlum pilotsuz uçuş aparatları aşkarlanıb.
Çexiya Silahlı Qüvvələrinin bəyanatına görə, ölkədə naməlum pilotsuz uçuş aparatları strateji, o cümlədən hərbi obyektlərin yaxınlığında dəfələrlə müşahidə edilib.
“Lakin bu obyektlərin siyahısı məxfi məlumatdır”, – Çexiya Baş Qərargahının mətbuat katibi Zdenka Soborna Koşvantsova bildirib.
Lakin mətbuat katibi bunun nə vaxt baş verdiyini dəqiqləşdirməyib. Zdenka Sobarna Koşvantsovanın qeyd etdiyi kimi, Çexiya ordusu onları müəyyən edib zərərsizləşdirməyə hazırdır.
Bununla yanaşı, Estoniyada bildiriblər ki, bu gün onların hava məkanı “kiçik obyekt”lə pozulub, lakin söhbət böyük döyüş dronundan getmir.