Çexiya Xarici İşlər Nazirliyi - Vesterosda çoxillik vətəndaş müharibəsinin başa çatmasını alqışlayırıq
Çexiya Xarici İşlər Nazirliyi “Game of Thrones” serialının final epizoduna əks səda verir. Müvafiq status Çexiya Xarici İşlər Nazirliyinin “feysbuk” səhifəsində dərc olundu.
“Çexiya Xarici İşlər Nazirliyi Vesterosda çoxillik vətəndaş müharibəsinin başa çatmasını alqışlayırıq. Brendon Starkın seçimini pozitiv addım kimi etiraf edirik”, – bəyanatda deyilir.
Xatırladaq ki, “Game of Thrones”-un final serialını “HBO” teleşirkəti bazarertəsi göstərdi.