Çexiya Rusiyadakı vətəndaşlarını ölkəni tərk etməyə çağırır
Çexiya hakimiyyəti Rusiyadakı vətəndaşlarını ölkəni tərk etməyə çağırıb. Bu barədə Çexiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
Bəyanatda qeyd edilir ki, Praqa Rusiyada təhlükəsizlik vəziyyətinin pisləşməsindən narahatdır və vətəndaşları tez bir zamanda Rusiya ərazisini tərk etməyə çağırır.
Həmçinin, Çexiya Xarici İşlər Nazirliyi öz vətəndaşlarına Rusiyaya səfərdən çəkinməyi tövsiyə edir.
“Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin davam etməsi kontekstində, ilk növbədə, Aİ və NATO üzvü olan dövlətlərin vətəndaşları üçün təhlükəsizlik baxımından vəziyyətin pisləşməsi təhlükəsi var” – deyə məlumatda bildirilir.
Çexiya həmçinin öz vətəndaşlarına xəbərdarlıq edir ki, Çexiyanın Moskvadakı səfirliyi məhdud iş rejiminə keçə bilər.
Bundan əvvəl ABŞ, Polşa, Rumıniya və Bolqarıstan vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb.