Çexiya oktyabrın 25-dən etibarən sərhədini rus turistlər üçün bağlayacaq

22:46, 12.10.2022

 

Çexiya oktyabrın 25-dən rus turistlər üçün sərhədini bağlayacaq.

Ölkənin Xarici İşlər Nazirliyində rus turistlər üçün Baltikyanı ölkələr, Polşa və Finlandiya ilə eyni viza siyasətinin həyata keçiriləcəyi bildirilib.

“Ukraynada rus raketlərinin uşaq meydançalarına və sadəcə olaraq işə gedən insanların üzərinə düşdüyü bir zamanda hər gün 200-ə yaxın Rusiya Federasiyasının vətəndaşı Çexiyanın beynəlxalq hava limanına gəlir. Bu səbəbdən Çexiyaya Şengen zonasından kənardan, beynəlxalq hava limanından daxil olan Rusiya vətəndaşlarının turizm, idman və ya mədəniyyət məqsədi ilə ölkəyə girişinə icazə verilməyəcəyinə dair razılaşdıq. Bu tədbir istənilən Aİ-yə üzv dövlətdə verilmiş Şengen vizası sahiblərinə şamil edilir” -deyə xarici işlər naziri Yan Lipavski bildirib.

Oxşar