Çexiya mediası - Çexiyada fəaliyyət göstərən Rusiya Ortodoks Kilsəsinin mitropoliti sanksiyalara məruz qala bilər
Çexiya mediası - Çexiyada fəaliyyət göstərən Rusiya Ortodoks Kilsəsinin mitropoliti sanksiyalara məruz qala bilər

Çexiyada fəaliyyət göstərən Rusiya Ortodoks Kilsəsinin metropoliti sanksiyalara məruz qala bilər. Bu barədə Çexiya mediası yazır. Məlum olduğu kimi, mitropolitə qarşı sanksiyaların tətbiqini Çexiya parlament seçkilərində qalib gəlmiş “ANO” partiyasının lideri və ölkənin sabiq baş naziri Andrey Babiş də dəstəkləyir.

Metropolit Ilarion hazırda Karlovi Varidə fəaliyyət göstərir. Son zamanlar mediada onun Rusiya kəşfiyyat xidmətləri ilə əlaqələri barədə məlumat yayılıb.

Məhz bu səbəbdən ona qarşı sanksiyaların tətbiqi məsələsi müzakirə olunur.

“Çexiyanın bütün dövlət orqanları xarici agentlərin düşməncəsinə fəaliyyətini diqqətlə izləyir və hər zaman Çexiya qanunvericiliyinə uyğun olaraq hərəkət edir. Rusiya Ortodoks Kilsəsinin nümayəndələri istisna təşkil etmirlər, lakin konkret hallarla bağlı şərh verməyəcəyəm və verə də bilmərəm”, – Çexiyanın baş naziri Petr Fiala mitropolitə qarşı mümkün sanksiyalarla bağlı verilmiş sualı belə cavablandırıb.