Çeçenistanda, Qroznı şəhərində, çoxmərtəbəli binalardan birinə dronla hücum edilib
Çeçenistanda, Qroznı şəhərində, çoxmərtəbəli binalardan birinə dronla hücum edilib

Çeçenistanda, Qrozno şəhərində yüksəkmərtəbəli binaya, “Grozny City”yə dronla hücum edilib.

Medianın məlumatına görə, partlayış nəticəsində, ehtimal ki, binanın bir neçə mərtəbəsinin fasadı dağılıb.

Astra-nın məlumatına görə, binada Çeçenistan Təhlükəsizlik Şurası, Hesabat Palatası və Seçki Komissiyası yerləşir.

Çeçenistan hakimiyyəti hadisə ilə bağlı rəsmi şərh verməyib.

Qroznı hava limanı, həmçinin Beslan və Maqas hava limanları dronların hücumu riski səbəbindən müvəqqəti olaraq bağlanıb.