Cefri Saks - Avropalı parlamentarilərin və avropalı siyasətçilərin Gürcüstana gəlişi Gürcüstanı məhv edir
Cefri Saks - Avropalı parlamentarilərin və avropalı siyasətçilərin Gürcüstana gəlişi Gürcüstanı məhv edir

NATO-nun genişlənməsi, o cümlədən Gürcüstan və Ukraynanın alyansa qəbul olunması ABŞ-ın uzunmüddətli planının bir hissəsi idi, – bu barədə amerikalı professor, Kolumbiya Universitetinin Davamlı İnkişaf Mərkəzinin direktoru Cefri Saks Avropa Parlamentində “Sülhün geosiyasəti” adlı tədbirində bildirib.

Onun dediyinə görə, 2007-ci ildə Putin Münhen konfransında NATO-nun genişlənməsini dayandırma çağırışı ilə çıxış etdi, hərçənd bu proses davam etdi.

2008-ci ilin may ayında mən Nyu-Yorkda cənab Saakaşvilini dinlədim və dedim ki, bu adam dəlidir. Bir neçə ay sonra ABŞ Saakaşviliyə “Gürcüstanı xilas edəcəyik” dediyi üçün müharibə başladı və sonra o, Xarici Əlaqələr Şurasında çıxış edərək Gürcüstanın Avropanın ortasında olduğunu deyir. Xanımlar və cənablar, bu belə deyil. O Avropanın mərkəzində deyil. Son hadisələr Gürcüstan və onun təhlükəsizliyi üçün sərfəli deyil. Avropalı parlamentarilər və avropalı siyasətçilər Gürcüstana gələndə bu, Gürcüstanı məhv edir”, – Cefri Saks bildirdi.