“CBS News“ - İran Trampın sülh sazişinin Hörmüz boğazının açılmasını nəzərdə tutduğuna dair bəyanatını təkzib edir və boğazın onların nəzarəti altında qalacağını bildirir
İran Trampın sülh sazişinin Hörmüz boğazının açılmasını nəzərdə tutduğuna dair bəyanatını təkzib edir. Bu barədə “CBS News“ İran mediasına istinadən yazır.
“CBS News“un məlumatına görə, “Fars” agentliyi bəyanat yayaraq bildirib ki, “mümkün razılaşma halında belə, Hörmüz boğazı yenə də İranın nəzarəti altında qalacaq”.
“CBS News“ yazır ki, İran gəmilərin hərəkətinin müharibədən əvvəlki səviyyəyə qaytarılmasına razılaşsa da, bu, heç bir halda müharibədən əvvəl olduğu kimi “sərbəst hərəkət rejimi”nin geri qayıtması demək deyil”.
Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio bildirib ki, İran Hörmüz boğazını açmaqdan imtina edəcəyi təqdirdə ABŞ və müttəfiqlərinin ehtiyat planı olmalıdır.
Məlumat üçün bildirək ki, ABŞ prezidenti Donald Tramp razılaşmanın əsasən əldə edildiyini, hazırda son detalların müzakirə olunduğunu və tezliklə elan ediləcəyini bildirib. Bununla yanaşı, Trampın qeyd etdiyi kimi, razılaşma Hörmüz boğazının açılmasını da nəzərdə tutur.