Castin Trudo – Həm İsrail, həm də “Hizbullah” tərəfindən gərginliyin azalmasını təmin etməliyik, mülki əhalini qorumalıyıq
Kanadanın Baş naziri Castin Trudo İsrail və” Hizbullah”ı gərginliyi azaltmağa çağırıb və Livanda qadınların və uşaqların öldürülməsinin həyəcanverici hadisə olduğunu bildirib. Bu haqda “Reuters” yazır.
“Zorakılıq dayanmalıdır. Həm İsrail, həm də “Hizbullah” tərəfindən gərginliyin azalmasını təmin etməliyik. Biz mülki əhalini qorumalıyıq və bütün regionda sülh və sabitliyi təmin etməliyik” – Trudo bildirib.
Mövcud məlumata əsasən, İsrailin hava zərbələri nəticəsində Livanda son 24 saat ərzində qurbanların sayı 558-ə yüksəlib. Livan mediasının məlumatında, həlak olanların arasında 50 uşaq və 94 qadının olduğu deyilir. Azı 1835 nəfər xəsarət alıb.