Castin Timberleyk konsertinə gələn vətəndaşların maneəsiz hərəkətini təmin etmək məqsədi ilə avtobusların bir hissəsi və metro uzadılmış iş vaxtı ilə fəaliyyət göstərəcək
Dünya pop ulduzu Castin Timberleykin konsertində iştirak edən ictimaiyyətin maneəsiz hərəkətini təmin etmək məqsədi ilə “Dinamo Arena”nın ətraf ərazisində munisipal avtobusların bir hissəsi və metro uzadılmış iş vaxtı ilə fəaliyyət göstərəcək, – bu barədə Tbilisi meri Kaxa Kaladze bu gün bələdiyyə hökumətinin iclasında bildirib.
“konsertdə iştirak edən ictimaiyyətin maneəsiz hərəkətini təmin etmək məqsədi ilə “Dinamo Arena”nın ətraf ərazisində munisipal avtobusların bir hissəsi və metro uzadılmış iş vaxtı ilə iyulun 24-ü saat 02:00-dək fəaliyyət göstərəcək. Müvafiq dövrdə avtonəqliyyat alternativ marşrutlar üzrə hərəkət edəcək. Konsert saat 21:00-da başlayacaq. Avtobus marşrutları haqqında ətraflı məlumatı artıq paylamışıq, lakin maraqlı şəxslər bunu Tbilisi meriyasının veb səhifəsində, həmçinin sosial şəbəkədə, Nəqliyyat və Şəhərsalma Agentliyinin səhifəsində tapa bilərlər”, – deyə Kaxa Kaladze bildirib.
Onun dediyinə görə, “Staring Georgia”nın planlaşdırdığı konsertlə əlaqədar “Dinamo Arena”nın yaxınlığında avtonəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Məhdudiyyət iyulun 24-ü saat 01:00-dək qüvvədə olacaq.