Büronun iclasında “Yayımçı haqqında” qanuna dəyişikliyin edilməsi təşəbbüsü irəli sürülüb
Büronun iclasında “Yayımçı haqqında” qanuna dəyişikliyin edilməsi təşəbbüsü irəli sürülüb

Parlamentdə Büronun bugünkü iclasında “Yayımçı haqqında” qanuna dəyişikliyin edilməsi təşəbbüsü irəli sürülüb.

Dəyişikliklərə əsasən, yayımçı xarici qüvvədən birbaşa və ya dolayı maliyyələşdirmənin – pul vəsaiti və ya əmlak dəyərində olan digər maddi xeyirxahlıq almağın qadağan edilməsi planlaşdırılır.

Qanun layihəsi ilə yayımçı xidmətinin xarici qüvvə tərəfindən satın alınması, həmçinin proqramın hazırlanması və verilişin birbaşa və ya dolayı maliyyələşdirilməsi və ya birgə maliyyələşdirilməsinin qadağan edilməsi planlaşdırılır. Yuxarıda qeyd olunandan başqa, layihə ilə yayımçı tərəfindən sosial reklam yerləşdirmək müqabilində birbaşa və ya dolayı reklamlar qəbul etməyə yol verilməyəcək.