Ukrayna səfiri dron hadisəsi ilə bağlı Bulqarıstan Xarici İşlər Nazirliyinə çağırılıb
Bulqarıstanda dron hadisəsi ilə bağlı Ukrayna səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. Medianın məlumatına görə, Bulqarıstan Xarici İşlər Nazirliyi bildirib ki, xarici işlər naziri Velislava Petrova Ukrayna səfiri Olesya İlaşçuku avqustun 8-də Trans-Balkan qaz kəməri stansiyasının yaxınlığında Ukraynaya məxsus olduğu ehtimal edilən dronun partlaması səbəbindən çağırıb.
Ukrayna mediasının yazdığına görə, görüş 10 avqust bazar ertəsi günü keçiriləcək, çünki İlaşçuk hazırda Bolqarıstanda deyil.
Bundan əvvəl Bolqarıstan Baş naziri dronun Rumıniya ərazisindən Bolqarıstan hava məkanına daxil olduğunu və daha sonra Trans-Balkan qaz kəməri kompressor stansiyasından bir kilometr aralıda yerləşən keçmiş Kardam sərhəd keçid məntəqəsinin yaxınlığında partladığını bildirib.
Bolqarıstan Müdafiə Nazirliyinin bildirdiyinə görə, dronun Ukraynaya məxsus olduğu ehtimal edilir. Hadisə nəticəsində xəsarət alan olmayıb.