Buxarestdə, yaşayış binasında partlayış nəticəsində üç nəfər həlak olub, xəsarət alanlar da var
Rumıniyanın paytaxtı Buxarestdə yaşayış binasında güclü partlayış baş verib, nəticədə üç nəfər həlak olub, xəsarət alanlar da var.
Yerli medianın məlumatına görə, partlayış binada yanğına səbəb olub. Yanıq və digər xəsarətlərlə 13 nəfər xəstəxanaya yerləşdirilib.
Yayılmış məlumata görə, binada baş vermiş partlayış yaxınlıqdakı binalardan birinin fasadına və məktəbə ziyan vurub, buna görə məktəbdən müəllimlər və şagirdlər təxliyə edilib.
Partlayışın səbəbi hələlik məlum deyil.