Bugündən etibarən, bütün ticari obyektlər, mollar və bazarlar açılacaq
Bugündən etibarən, bütün ticari obyektlər, mollar və bazarlar açılacaq

Bugündən etibarən, bütün ticari obyektlər, mağazalar, mollar və bazarlar açılacaq.

Milli Təhlükəsizlik Şurasının martın 19-da verdiyi qərar ilə, Gürcüstanda qida obyektlərindən, əczanələrdən və yanacaq doldurma stansiyalardan başqa, bütün növ ticari obyekt bağlanmışdı.

Aqrar bazarlar aprelin 27-də açıldı..

Mayın 11-dən isə, Gürcüstanda girişi küçədən olan mağazalar açıldı.

Məhdudiyyətlər sadəcə mollarda və ticarət mərkəzlərində qalmışdı və müəyyən qaydaların qorunması şərti ilə, artıq onlar da işləyə biləcəklər.