Bugündən etibarən birinci sinif şagirdlərinin qeydiyyatı başlayır
Bugündən etibarən birinci sinif şagirdlərinin qeydiyyatı başlayır

2018-2019-cu tədris illəri üçün, birinci sinif şagirdlərinin qeydiyyatının ilk mərhələsi başlayır.

Məktəb daxili qeydiyyat aprelin 27-nə qədər davam edəcək.

İlk öncə, bacı-qardaşları eyni məktəbdə təhsil alan və yaxud valideynləri həmin məktəbdə işləyən uşaqların qeydiyyatı keçirildi.

Qeydiyyat üç mərhələyə bölünür. İkinci mərhələ mayın 8-dən başlayacaq və iyunun 8-nə qədər davam edəcək.

Qeydiyyat Təhsil Nazirliyinin veb-səhifəsində həyata keçirilir.

Üçüncü mərhələ isə, şagirdin sənədlərini təqdim edərək, məktəbdə keçirilir və iyulun 2-dən 16-na qədər davam edir.

Elə bu gün, professional təhsil almaq istəyənlərin qeydiyyatı da başlayır.

Maraqlanan şəxslər, Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilən proqram çərçivəsində müxtəlif peşələrdən birinə yiyələnə bilərlər.

Professional təhsil üçün, sadəcə şəxsiyyət vəsiqəsi ilə, ölkə miqyasında mövcud olan müxtəlif resurs-mərkəzlərində və professional müəssisələrdə qeydiyyatdan keçmək mümkündür.

Applikantlar həmçinin, www.vet.emis.ge veb-səhifəsində, elektron (onlain) qeydiyyatdan da istifadə edə bilərlər.