Buenos Aires yaxınlığında yerləşən sənaye kompleksində baş vermiş partlayış nəticəsində ən azı 15 nəfər xəsarət alıb, bir neçə aviareys isə ləğv edilib
Buenos Aires yaxınlığında yerləşən sənaye kompleksində baş vermiş partlayış nəticəsində ən azı 15 nəfər xəsarət alıb, bir neçə aviareys isə ləğv edilib

Buenos Aires yaxınlığında yerləşən sənaye kompleksində bir neçə güclü partlayış baş verib, ən azı 15 nəfər xəsarət alıb. Bu barədə məlumatı “Deutsche Welle” yayır.

Yaralılar xəstəxanaya yerləşdirilib. Səhiyyə Nazirliyində bildirirlər ki, bölgənin xəstəxanaları koordinasiyalı şəkildə çalışır və yaralıların qəbuluna tam hazırdır.

Hadisə yerinə yanğınsöndürən və xilasetmə qrupları cəlb edilib. Partlayışın səbəbi hələlik məlum deyil.

Partlayışlar və sonrakı yanğından yaranan tüstü səbəbindən bir neçə aviareys ləğv edilib.