Budapeştdə Dunay çayının daşması nəticəsində Macarıstan Parlamentini su basıb

19:57, 19.09.2024

 

Budapeştdə Dunay çayının daşması səbəbindən şəhərin mərkəzini su basıb, ölkə parlamentini də su basıb. Şəhərdə yollar qismən bağlanıb. Bu haqda məlumatı yerli media yayır.

Macarıstanın Baş naziri Viktor Orban, daşqının sentyabrın 21-i axşam pik həddə çatacağını bildirir. Təbii fəlakətə görə Orban Avropa Parlamentində çıxışını ləğv edib.

Viktor Orban bildirir ki, çətin vəziyyətə baxmayaraq, Macarıstan hakimiyyəti daşqınlara qarşı mübarizə aparmaq üçün kifayət qədər resursa malikdir.

Oxşar