Bu vaxta olan məlumata əsasən ABŞ Senatında demokratlar və respublikaçılar bərabər yerlərə, Nümayəndələr Palatasında isə respublikaçılar 199, demokratlar isə 178 mandata sahibdirlər
Son məlumatlara əsasən, həm demokratlar, həm də respublikaçılar Senatda artıq 48-48 yer qazanıblar. Nümayəndələr Palatasında demokratlar 178, respublikaçılar isə 199 mandata sahibdirlər. Çoxluğu əldə etmək üçün 218 yer lazımdır.
Həmçinin, bu vaxta olan göstəricilərlə Senat uğrunda mübarizədə demokrat senator Con Fetterman kilid Pensilvaniya ştatında qalib gəlib.
Bununla yanaşı, media tərəfindən yayılan məlumatda, hazırda Arizona, Nevada, Viskonsin və Corciya ştatlarından nəticələrin gözlənildiyi deyilir. Seçkilərin ikinci turu böyük ehtimalla Corciya ştatında keçiriləcək. Bəhsi keçən ştatda senator vəzifəsini icra edən – pastor Rafael Uornok və futbolçu Herşel Uoker mübarizə aparacaqlar.
Hazırda Uornokun 49,4%, Uokerin isə 48,5% səsi var. Senatda mandat qazanmaq üçün 50%-dən çox səs yığmaq tələb olunur.