Bu gün Saksoniya-Anhalt parlamentində, Landtaqda seçkilər keçirilir
Bu gün Saksoniya-Anhalt parlamenti olan Landtaqda seçkilər keçirilir. Bu seçkilər ölkə üçün ilin ən mühüm regional siyasi hadisələrindən biridir və onun nəticələri federal siyasəti əhəmiyyətli dərəcədə müəyyən edə bilər.
83 yerlik (mandatlı) Landtaqa daxil olmaq üçün ümumilikdə altı siyasi qüvvə mübarizə aparır, o cümlədən: “Xristian Demokrat İttifaqı”, “Almaniya üçün Alternativ”, “Solçu Partiyası”, “Sosial Demokrat Partiyası”, “Azad Demokrat Partiyası” və “Yaşıllar Partiyası”.
Əksəriyyət üçün 42 yerin (mandatın) qazanılması tələb olunur.
Seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılıb və saat 18:00-da bağlanacaq, bundan sonra ekzitpollar dərc olunacaq.
İlkin sorğulara görə, ifrat sağçı “Almaniya üçün Alternativ” partiyasının səslərin 40 faizindən çoxunu qazanacağı gözlənilir, bu da ona yerli hökuməti müstəqil şəkildə formalaşdırmaq imkanı verəcək.
Qeyd etmək lazımdır ki, partiyanın Saksoniya-Anhaltdakı şöbəsi ştatın konstitusiya müdafiə orqanları tərəfindən rəsmi olaraq sağçı ekstremist siyasi qüvvə kimi təsnif edilir. Saksoniya-Anhaltda “Almaniya üçün Alternativ” partiyasının lideri Ulrix Zigmundun seçkiqabağı kampaniyasının əsas mövzuları immiqrasiya siyasətinin sərtləşdirilməsi, federal hökumətin tənqid olunması, biznesə bürokratik təzyiqlərin azaldılması və iqlim siyasətinə yenidən baxılması olub.