Bu gün Haaqada Rusiyanın Ukraynaya müdaxiləsi faktını araşdıracaq büro açılacaq
Bu gün Haaqada Rusiyanın Ukraynaya müdaxiləsi faktını araşdıracaq büro açılacaq

 
Bu gün Haaqada Rusiyanın Ukraynaya müdaxiləsi faktını araşdıracaq büro açılacaq. Büronun açılması rus liderlərinin mühakiməsi üçün tribunalın yaradılması istiqamətində ilk addım kimi qiymətləndirilir.

Ukraynaya qarşı Təcavüz Cinayətlərinin Təqibi üzrə Beynəlxalq Mərkəz (ICPA) Kiyev, Avropa İttifaqı, ABŞ və Beynəlxalq Cinayət Məhkəməsinin prokurorlarını birləşdirir.

Təcavüz Cinayətlərinin Təqibi üzrə Beynəlxalq Mərkəz həm milli, həm də beynəlxalq səviyyədə gələcək məhkəmələr üçün sübutları saxlayacaq və təhlil edəcəkdir.

Avropa Komissiyasında təcavüz cinayətlərinə dair sübutların təhlükəsiz yerdə saxlanılacağını qeyd edirlər.