Bu gün Budapeştdə LGBT icmasının hüquqlarını dəstəkləmək üçün geniş miqyaslı yığıncaq planlaşdırılıb
Bu gün Budapeştdə LGBT icmasının hüquqlarını dəstəkləmək üçün geniş miqyaslı yığıncaq planlaşdırılıb

Bu gün Budapeştdə LGBT icmasının hüquqlarını dəstəkləmək üçün geniş miqyaslı yığıncaq planlaşdırılıb. Bu barədə “Reuters” məlumat yayır.

Təşkilatçıların qeyd etdiyi kimi, digər ölkələrdən gələn qonaqlar da daxil olmaqla, on minlərlə insanın tədbirə qatılacağı gözlənilir. Medianın məlumatına görə, əcnəbi qonaqlar arasında bərabərlik məsələləri üzrə Avropa Komissarı Haca Lahbib və Avropa Parlamentinin təxminən 70 üzvü olacaq.

30-dan çox səfirlik yürüşü dəstəklədiyini bildirib və Avropa Komissiyasının sədri Ursula fon der Layen Macarıstan hakimiyyətini yürüşə mane olmamağa çağırıb.

Macarıstanın baş naziri Viktor Orban yürüşdə iştirakın mümkün hüquqi nəticələri olacağını qeyd edib.